Əlavə məlumat
Ganjlik Garden Residence — paytaxtın tam mərkəzində yerləşən premium-klass klub yaşayış kompleksidir. 18 hektarlıq nəhəng parkın qoynunda ucalan layihə, bir-birini tamamlayan iki 7 mərtəbəli binadan ibarətdir. Mərkəzi yerləşməsi, yaşıl mühiti, klub formatı və unikal planlaşdırma həlləri bu layihəni həm eksklüziv yaşayış sahəsinə, həm də cəlbedici investisiya imkanına çevirir.
Layihənin əsas üstünlükləri:
Panoramik mənzərələr — parka açılan geniş vitraj pəncərələr
Geniş mənzillər — tavan hündürlüyü 4 metr olan 97.2 m² - 400 m²-lik yaşayış sahələri
İkimərtəbəli penthauslar — tavan hündürlüyü 6.5 metr olan eksklüziv variantlar
Daxili infrastruktur — dəbli butiklər, kinoteatr, kafe və restoranlar
Möhtəşəm lobbi — 24/7 resepsion və konsyerj xidməti
Wellness mərkəzi — fitnes, SPA zonaları, qapalı və açıq hovuzlar