Nəsimi rayonunun inkişaf etmiş və əlverişli yaşayış məkanlarından biri olan Azər Əliyev küçəsində, 8 Noyabr metrosunun, Dəniz Marketin, Qoğal Uşaq Bağçasının və Gəncə Restoranının yaxınlığında yerləşən mənzil satışa təqdim olunur. Ərazi zəngin infrastruktura malikdir. Yaxınlıqda məktəblər, uşaq bağçaları, marketlər, restoranlar və digər vacib iaşə və xidmət obyektləri fəaliyyət göstərir. Şəhərin müxtəlif istiqamətlərinə rahat nəqliyyat bağlantısı mövcuddur.
Mənzil yeni tikili 20 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşir. Ümumi sahəsi 107 kv.m olan mənzil 3 otaqdan ibarətdir. Mənzil yeni və keyfiyyətli təmir olunub. Döşəməsi parketdir. Geniş və funksional layihəyə, işıqlı otaqlara və rahat yaşayış üçün əlverişli planlaşdırmaya malikdir. Binanın üzərində ayrıca mansard mərtəbə olmasına baxmayaraq, mənzildə nəmişlik problemi qətiyyən yoxdur. Elektrik avadanlıqları xaric əşyalı satılır. Həm daimi yaşayış, həm də investisiya məqsədi üçün əlverişli seçimdir. Mənzilin sənədləri tam qaydasındadır, çıxarış (kupça) mövcuddur və ipotekaya yararlıdır.
Satış qiyməti: 299.000 AZN
Real alıcılarla qiymətdə razılaşma mümkündür.
Xidmət haqqı: 1%
Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.