Gənclik və 28 May metrostansiyalarının yaxınlığında, Referans Klinikası, Tibb Universiteti, 1 saylı ASAN Xidmət, Ege Hospital, Nəsimi bazarı, Koala Park, Bakı Sağlamlıq Mərkəzi və Travmatologiya İnstitutunun əhatəsində, yeni tikili binanın 1-ci mərtəbəsində yerləşən 2 mərtəbəli geniş və funksional obyekt icarəyə verilir.
Obyekt müxtəlif fəaliyyət sahələri üçün tam yararlı vəziyyətdədir. Birinci mərtəbədə geniş zal, əlavə 6 otaq və sanitar qovşaq yerləşir. İkinci mərtəbə isə 5 otaq, oyun mərkəzi üçün nəzərdə tutulmuş sahə, sanitar qovşaq və geyim otağından ibarətdir. Planlaşdırılması sayəsində ofis, tədris mərkəzi, inkişaf və hazırlıq kursları, oyun mərkəzi, klinika, və xidmət sahələri üçün ideal seçimdir.
Obyekt tam əşyalı şəkildə təqdim olunur və fəaliyyətə başlamaq üçün bütün zəruri avadanlıqlarla təchiz edilib. Su və işıq daimidir. İstilik sistemi kombi ilə təmin olunub, soyutma mərkəzi kondisioner sistemi vasitəsilə həyata keçirilir. Müasir havalandırma sistemi və proyektor quraşdırılıb ki, bu da təlim, təqdimat və korporativ fəaliyyətlər üçün əlavə üstünlük yaradır.
Mərkəzi və əlçatan yerləşməsi, geniş sahəsi və hazır infrastrukturu ilə seçilən bu obyekt biznesinizi qurmaq və ya genişləndirmək üçün əla fürsətdir. Əlavə məlumat və baxış üçün real müştərilər əlaqə saxlaya bilər. Ofis haqqı 30% təşkil edir.