Satılır 2 otaqlı yeni tikili 67 m²
Sumqayıt şəhəri, 10-cu mikrorayon, Abşeron City yaşayış kompleksində yerləşən mənzil satışa təqdim olunur. Mənzil 14 mərtəbəli yeni tikili binanın 2-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 67 kv.m olan mənzil rahat və funksional planlamaya malikdir. Mənzil keyfiyyətli materiallarla təmir olunmuş və şəxsi yaşayış üçün nəzərdə tutulmuşdur. İstilik sistemi mövcuddur və bütün mənzil isti döşəmə ilə təchiz edilib. Bütün kommunal xidmətlər daimidir. Sənədlər tam qaydasındadır. Kompleksin yerləşməsi çox əlverişlidir, ətrafında bütün zəruri infrastruktur mövcuddur. Həm yaşayış, həm də investisiya üçün ideal seçimdir.