Satılır 5 otaqlı həyət evi/bağ evi 220 m², Novxanı q.
Novxanı bağ massivində yerləşən, yüksək keyfiyyətlə inşa edilmiş və tam təmirli həyət evi satışa təqdim olunur. Ev 5 sot torpaq sahəsində inşa edilib, 7 daş hündürlüyündə kürsülüdür və 2 mərtəbədən ibarətdir. Ümumi sahəsi 220 kv.m olan ev 5 geniş və işıqlı otaqdan ibarətdir. Evdə 3 ədəd sanitar qovşaq mövcuddur. Müasir istilik sistemi və isti döşəmə ilə təchiz olunub. Həyətdə isti hovuz yerləşir ki, bu da il boyu istifadəyə yararlıdır. Bütün kommunal xətlər (qaz, su, işıq) daimidir. Ev Murad marketə yaxın məsafədə yerləşir və əsas yoldan evə qədər olan yol tam asfalt örtüklüdür. Mənzil tam əşyalı şəkildə satılır. Şəxsi yaşayış üçün yüksək keyfiyyətlə tikilib və zövqlə təmir olunub. Sənədlər tam qaydasındadır.